İyulun 21-də Azərbaycanda havanın temperaturunun 39 dərəcəyədək yüksələcəyi gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Paytaxtda temperatur gecə 21–24, gündüz isə 29–34 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçsə də, bəzi dağlıq və dağətəyi ərazilərdə yağış, qısamüddətli leysan, şimşək və dolu ehtimalı var. Ayrı-ayrı dağlıq rayonlarda duman müşahidə oluna bilər.
Rayonlarda temperatur gecə 22–26, gündüz 34–39 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 13–18, gündüz 24–29 dərəcə isti olacaq.

