Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərə əsasən, uşağı dünyaya gələn kişilərə 14 təqvim günü ödənişli atalıq məzuniyyəti verilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, indiyədək 415 işəgötürən tərəfindən 1126 işçiyə uşağının doğulması ilə əlaqədar 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.
Bildirilib ki, bu məzuniyyət uşağın doğulmasından əvvəlki və sonrakı dövrü əhatə edir.
Atalıq məzuniyyətindən istifadə etmək üçün işçi uşağının doğulması ilə bağlı müvafiq tibb müəssisəsinin arayışını işəgötürənə təqdim etməlidir. Bundan sonra məzuniyyət işəgötürən tərəfindən rəsmiləşdirilir.

