25 
okt
2023
15:17
230

Prezidentin icra başçısı təyin etdiyi Firdovsi Əliyev kimdir? - DOSYE

25 okt, 2023
15:17
230

Prezidentin icra başçısı təyin etdiyi Firdovsi Əliyev kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Alı İbrahim oğlu Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə Firdovsi Şahmirzə oğlu Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Firdovsi Əliyev kimdir? 

Den.az xəbər verir ki, Firdovsi Şahmirzə oğlu Əliyev 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olub.

Ali təhsili Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsində alan Firdovsi Əliyev 1983-cü ildə universiteti bitirib. 1988–1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub.

1991–1993-cü illərdə isə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993–2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 

2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995–2000-ci illərdə Milli Məclisin deputatı olub.

2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.

2004-cü ildən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini olub. 2021-ci ildə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar