30 
dek
2023
15:13
337

Sumqayıt Tibb Mərkəzinə yeni direktor təyin edilib

30 dek, 2023
15:13
337

Sumqayıt Tibb Mərkəzinə yeni direktor təyin edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun
təqdimatı ilə Sumqayıt Tibb Mərkəzinə direktor təyin edilib.

Den.az xəbər verir ki,mərkəzin direktoru vəzifəsi Elnur Azadxanova həvalə olunub. E.Azadxanov bundan əvvəl
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

E.Azadxanov 1976-cı ildə Cəlilabad rayonunun Prişib (indiki Göytəpə)
şəhərində doğulub.

O, 1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil
alıb. 2006-ci ildə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda Kardiologiya ixtisası
üzrə klinik ordinaturanı bitirib, 2010-cu ildə Türkiyə Cümhuriyyəti Fırat Universiteti Tibb
Fakültəsinin “Kardiyoloji Araştırma ve Uygulama Merkezi”ndə invaziv kardiologiya üzrə
ixtisaslaşma təhsili alıb.

Mərkəzin yeni direktoru 2000-2002-ci illərdə Tərtər-Ağdərə istiqamətində “N” saylı hərbi
hissədə həkim kimi hərbi xidmətdə olub. 2003-2005-ci illərdə Cəlilabad rayonunun Göytəpə
şəhərindəki Uşaq Xəstəxanasında həkim-pediatr, 2007-2011-ci illərdə Göytəpə şəhərindəki
xəstəxanada həkim-terapevt, 2011-2020-ci illərdə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində
Poliklinika şöbəsinin müdiri, həkim-kardioloq vəzifəsində çalışıb.

O, 2020-ci ilin fevral ayında Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru, mart ayında
isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyinat alıb.

E.Azadxanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 18 iyun
2693 nömrəli sərəncamı ilə “Tərəqqi" medalı ilə təltif edilib.

Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardioloqları Cəmiyyətinin, Türk Dünyası
Kardioloqları Birliyinin üzvüdür.




Bizimlə əlaqə saxlayın

Çox oxunanlar