Qarşıdakı günlərdə Milli Məclisdə “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirə olunacağı gözlənilir. Bir neçə ildir büdcə müzakirəsi zamanı deputatlar 2006-cı ildən sonra doğulan bütün uşaqlara verilən “uşaq pulu” adlı sosial müavinətin bərpasını təklif edirlər.
Den.az Bizim.Media -ya istinadən xəbər verir ki, 2021-ci ilin dövlət büdcəsi müzakirə olunanda da bir neçə deputat eyni təkliflə çıxış edib, lakin təkliflərə müsbət cavab verilməyib.
Bəs, növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı “uşaq pulu”nun bərpası məsələsi yenidən gündəmə gələ bilərmi?
Milli Məclisin üzvü Fazil Mustafa mövzu ilə bağlı açıqlamasında uşaqlara verilən müxtəlif müavinətlərin artırılmasının müzakirə olunacağını bildirib:
"Bununla bağlı ayrıca bir təklifin verilməsi dəfələrlə izah olunub. Uşaqlarla bağlı xeyli müavinət formaları var. Həmin müavinət formalarının artırılması məsələsi gündəmə gətiriləcək. Bilavasitə müavinətlər o zaman artır ki, minimum yaşayış məbləği artsın. Bu artanda ona müvafiq olaraq müavinətlərin artımı nəzərdə tutula biləcək.
Çünki müavinətlər minimum yaşayış məbləğinin həddindən aşağı olmamalıdır. Bu baxımdan, bu kimi təkliflər orada nəzərdə tutulacaq.
Konkret “uşaq pulu” deyilən bir termin yox, ayrı-ayrı müavinət formaları mövcuddur. Uşaqlar üçün müxtəlif müavinət formalarının, əlilliyə, təhsilə görə verilən təqaüd və s. müavinətlərin artırılması məsələsi büdcə müzakirələrində gündəmə gətiriləcək", - deyə deputat əlavə edib.
Növbəti ildən “uşaq pulu” BƏRPA EDİLİR? - AÇIQLAMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.