Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti sığorta-pensiya sisteminin təkmilləşdirilməsi, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində növbəti addım kimi, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Den.az-a verilən məlumata görə, yeni dəyişikliklərdə aşağıdakılar nəzərdə tutulub:
- Ailə başçısını itirməyə görə pensiya təyinatı zamanı ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının nümayəndəsinin arayışı tələb edilməyəcək;
- Vaxtilə kolxozda çalışmış şəxslərin sığorta stajı hesablanarkən əmək kitabçasında əmək iştirakı günü (minimum əmək günü) qeydinin olması tələb edilməyəcək;
- 2017-ci il iyulun 1-dək 20 təqvimi xidmət ilindən çox xidmət etmiş hərbçilərə həmin vaxta qədər 20 ildən yuxarı göstərilmiş xidmətin hər ili üçün təminat xərcliyinin 3 faizi qədər əlavə hesablanacaq;
- Pensiyaların minimum məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi yardımın (əvvəlki ildə ödənilən) pensiyanın tərkibinə daxil edilməsi eyni tarixdə olarsa, hesablamalar aşağıdakı ardıcıllıqla yerinə yetiriləcək:
- Pensiya minimum məbləğə çatdırılacaq,
- Maddi yardımın bir aya düşən hissəsi pensiyanın tərkibinə daxil ediləcək,
- Pensiya indeksləşdiriləcək.
Nazirlikdən yeni pensiya qaydaları ilə bağlı AÇIQLAMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.