Model sevgilisini döyən Ziyanın şirkətinə də cinayət işi açıldı
Model sevgilisini döyən Ziyanın şirkətinə də cinayət işi açıldı
Model sevgilisi Razi Əliyevaya qarşı zorakılıqda ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilən Ziya Hüseynzadə apellyasiya şikayəti verib.
Den.az xəbər verir ki, şikayətə sabah Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Təqsirləndirilən şəxs ittihamları qəbul etmir, haqqında deyilənləri qarayaxma kampaniyası adlandırır.
Bundan əlavə, bu hadisə barədə məlumat yayılmazdan bir müddət əvvəl Ziya Hüseynzadənin rəhbərlik etdiyi “PKF Audit Azerbaijan” MMC ilə bağlı bağlı cinayət işi açılıb. Şirkətin Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinə saxta sənədlər təqdim edərək külli miqdarda kredit götürdüyü iddia olunur.