20 
dek
2023
12:28
251

Külək, duman, 15 dərəcə isti - Sabahın HAVA PROQNOZU

20 dek, 2023
12:28
251

Külək, duman, 15 dərəcə isti - Sabahın HAVA PROQNOZU

Dekabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Den.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-14° isti olacaq.

Atmosfer təzyiqi 768 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq.

Azərbaycanın rayonlarında

Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda 5-10° şaxta, gündüz 2-7° isti olacaq.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar