Bu gün azadlıq yolumuzun başlanğıcı olan 20 Yanvar - Ümumxalq Hüzn Günüdür.
“Den.az” xəbər verir ki, uzun illər ərzində edilən haqsızlıqlara etirazını bildirən xalqımıza qarşı məhz 1990-cı ilin 20 yanvar tarixində Sovet qoşunları tərəfindən misli görünməmiş cinayət törədildi.
Xalqın azadlıq istəyinin, həmçinin Ermənistandan həmvətənlərimizin kütləvi deportasiyasına etirazların qarşısını almaq məqsədilə Bakıya və bəzi rayonlara qoşun yeridildi, nəticədə yüzlərlə insan şəhid oldu və yaralandı.
Bu tarixi hadisə milli azadlıq hərəkatımızın dönüş nöqtəsi oldu.
Hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin qurbanları dərin ehtiramla yad edilir. Şəhidləri hörmətlə anan şirkətlərdən biri də “BAL LİNE” olub.
Şirkət Ümumxalq Hüzn Günü ilə əlaqədar videoçarx yayımlayıb.
Xatırladaq ki, “BAL LİNE” şirkətinin rəsmi ticarət markası “ETOPAZ”dır.
20 Yanvar şəhidləri belə anıldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.