14 
fev
2024
14:44
89

Generalın cəzası AZALDILDI

14 fev, 2024
14:44
89

Generalın cəzası AZALDILDI

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general-mayor Nizami Şirinovun kassasiya şikayətinə baxılıb.

Den.az-ın məlumatına görə, prosesdə şikayət araşdırılıb və qərar elan olunub.

Qərara əsasən, general N.Şirinovun cəzası 6 ildən 4 il 6 aya endirilib.

Qeyd edək ki, N.Şirinov mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə, külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almaqda, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında təqsirli bilinib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Şirinov 8 il, Apellyasiya Məhkəməsinin qərarı ilə yekun olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar