"İran və İsrailin hərbi toqquşmaya hazırlığı haqda məlumatlar yayılır. Aviaşirkətlər hər iki ölkəyə səfərləri dayandırıb, İran Xarici İşlər Nazirliyi İsrailə “Gəlirik” mesajını ünvanlayıb. Dövlət televiziyası isə İsrailə bir neçə saat ərzində hücum ediləcəyini elan edib".
Bu fikirləri "Den.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı səsləndirib.
"Bütün məlumatlar döyüşə hazırlığın getdiyi yönündədir. Lakin bu döyüşün hansı miqyasda olacağı hələ də sual altındadır. Mümkün “əməliyyat”ın hansı formada olacağını təxmin etmək mümkündür: aprel ayında baş verən PUA və raketlərin “karqo yükünə” bənzər formada göndərilməsi təkrarlana, bu dəfə müəyyən hədəflərin vurulması ilə “yeniliklər” əlavə edilə bilər. Əks halda, bütün dünyanın bu və ya digər formada iştirak edəcəyi regional müharibə baş verə bilər. Ki, İran “qisas əməliyyatı” keçirmək istəsə də, genişmiqyaslı toqquşmada maraqlı deyil. Hücumun öncədən rəsmi şəkildə elan edilməsi də baş verənlərin “qisas”dan daha çox, görüntü xarakteri daşıyacağı gözləntisini artırır. Hərçənd, tərəflərin üçüncü ölkələrin ərazisindəki toqquşmaları genişlənə bilər: İsrailin dayanmayacağı, İrana bağlı qüvvələri, xüsusilə Hizbullahı sıradan çıxarmaq - ən azı zəiflətmək istiqamətində hücumlarını intensivləşdirəcəyi aydın görünür. İran da “müqavimət oxu”na daxil edilən qüvvələrlə İsrailə qarşı “sürünən müharibəni” gücləndirəcək".
Günəş Fərəh
Den.az
İran İsrailə “Gəlirik” mesajı ünvanladı: İLGİNC DETALLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.