İsrailin Beyruta hücumu, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi və baş verən digər hadisələr İranın Təl-Əvivə qarşı aqressiyasını artırıb. Son günlər Tehranın qisas əməliyyatının çox sərt olacağı ilə bağlı məlumatların yayılması, hətta iki dövlət arasında müharibənin başlayacağı ilə bağlı açıqlamaların verilməsi belə düşünməyə əsas verir.
Den.az xəbər verir ki, artıq İran Teleqram kanallarında və mediasında İsrailə qarşı qisas əməliyyatlarının yaxın saatlarda başlayacağı ilə bağlı məlumatlar paylaşılır.
Belə ki, Teleqram kanallarında yayılan məlumata görə, İran telekanalları artıq yayımlarını dayandıraraq hərbi himn səsləndirməyə başlayıblar.
Yayılan digər məlumatlara görə, hazırda Prezident Pezeşkian İranın Ali lideri Ayətullah Xamenei ilə görüşür. Görüşdə Baş Qərargah rəisi və SEPAH komandirinin də iştirak etdiyi haqda məlumatlar dolaşır. Qeyd olunur ki, Xamenei artıq müharibə səlahiyyətlərinin prezident Pezaşkiana verilməsi haqda fərmanı təsdiqləyib.
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) komandiri isə İsrailin Baş nazirinə sərt mesaj yollayıb: “Netanyahu! Yatma, raketlərimizi gözləyin”.
İran Xarici İşlər Nazirliyinin müşaviri Mərəndi isə hamını İsraili tərk etməyə çağırıb. Bundan sonra İsrailin öz hava məkanını bağlaması haqda xəbərlər yayılmağa başlayıb. Hadisələrin necə cərəyan edəcəyi hələlik məlum olmasa da, İranın qisas əməliyyatlarına başlayacağı istisna olunmur.
İranda müharibə aktivliyi: Döyüş himni səsləndi, Xamenei qərar verdi – TƏCİLİ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.