Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Şimal-Cənub nəqliyyat dəhlizində görülən işlərlə bağlı Ararat Mirzoyana və erməni diplomatlara məlumat verib.
Denmedia.az xəbər verir ki, Ermənistanın xaricdə çalışan səfirlərinə Sünikdə (Zəngəzurda) tikilən yollar göstərilib.
Ermənistan–İran sərhədində diplomatlar keçid məntəqəsinin genişləndirilməsi və ikinci körpünün tikintisi layihəsini yaxından izləyiblər.
Xatırladaq ki, bundan əvvəl Azərbaycanla sərhəd olan Qafan şəhərində erməni diplomatların toplantısı olub.(Globalinfo.az)