19 
avq
2023
11:30
319

“Daha “Artsax”ın xilası mümkün deyil, mən gedirəm…” – Arutyunyan istefa verir

19 avq, 2023
11:30
319

“Daha “Artsax”ın xilası mümkün deyil, mən gedirəm…” – Arutyunyan istefa verir

Artıq bir neçə gündür ki, separatçı qurum və Ermənistanın “siyasi” dairələri qondarma rejimin “rəhbəri” Araik Arutyunyanın tezliklə istefaya getməsi barədə xəbərləri fəal şəkildə yayırlar. 
 
Den.az “Hraparak”a istinadla xəbər verir ki, separatçı “lider” istefa verməyəcək: 
 
“Arutyunyanın yaxın adamları dünən bizi əmin etdilər ki, istefa olmayacaq. Bununla belə, eyni zamanda müəyyən etdik ki, bu, “Artsax prezidenti”nin belə bir niyyətinin olmadığı anlamına gəlmir. Bəlkə indi var, amma bəzi şərtlərə əsaslanaraq, o, qərarından geri çəkildi”. 
 
Qəzet Qarabağdakı mənbələrinə istinadla yazır ki, həftənin əvvəlində A. Arutyunyan separatçı rejimin “siyasi elitası”nı, “parlament” qüvvələrinin başçılarını, sabiq tanınmamış “DQR” rəhbərləri Bako Saakyan və Arkadi Qukasyanı, keçmiş “dövlət naziri” Ruben Vardanyanı dəvət edib və onlarla dörd saatdan çox müzakirə aparıb. İclasda “Daşnaksutyun” Partiyasından qondarma qurumun “parlament”inin yeni “sədr”i seçilmiş Davit İşxanyan və digərləri də iştirak ediblər. 
 
Nəşr bildirir ki, məlum görüşdə Samvel Babayanın iştirakı məqsədəuyğun sayılmayıb deyə ona təklif göndərilməyib. Çünki o, Arutyunyanın “siyasi kursu” ilə qəti şəkildə razılaşmır. 
 
KİV onu da əlavə edib ki, A. Arutyunyan artıq “prezident” vəzifəsinin yükündən yorulub və istefa vermək qərarına gəlib:


“Lakin bunu etməzdən əvvəl o, “Artsax”ın taleyi ilə bağlı narahat olan siyasi qüvvələrə və “dövlət rəsmiləri”nə məlumat vermək istəyib ki, onlar Artutyunyanın istefasından sonra nə edəcəklərini bildirsinlər. A. Arutyunyan toplantıda bildirib ki, həftənin sonuna kimi istefa vermək qərarına gəlib, çünki Laçın yolunun bağlanmasından sonra “Artsax” üçün artıq heç nə edə bilmir”. 
 
Mənbə bildirib ki, Arutyunyan toplantıda olanlardan xahiş edib ki, onun qərarına anlayışla yanaşsınlar və onu bəzi arqumentlərlə inandırmağa çalışmasınlar:
 
“Çünki o, artıq belə aciz mövqe tuta, və tüpürdüyünü yalaya bilməz. Ən əsası isə Arutyunyan əmin edib ki, o, qərarını Ermənistan hakimiyyəti ilə də müzakirə edib. Arutyunyan deyib ki, İrəvan bu məsələdə ona heç bir problemin olmadığını söyləyib. “Prezident” “Artsax”da sülhməramlı missiyanı yerinə yetirən Rusiya hərbi qrupunun rəhbərliyini də məlumatlandırıb”. 
 
Nəşrin verdiyi məlumata görə, Arutyunyanın sözləri toplantı iştirakçılarında soyuq duş effekti yaradıb və onlar Arutyunyanı qorxaqlıda ittiham ediblər:
 
“Sözügedən şiddətli tənqidlərdən sonra Arutyunyan istefa qərarından geri dönsə də, “Artsax”da hesab edirlər ki, nə vaxtsa onun bir daha belə bir istəyi olmayacağına zəmanət yoxdur. Ona görə də müzakirələrdə onun getməsinin yaxın vaxtlarda “qanunvericilik” yolu ilə həlli məsələlərinə də toxunulub”. (Yenisabah.az)

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar