Əməliyyat zamanı canlı yayım edən həkimlərə xəbərdarlıq edilib.
Den.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən "Xəzər Xəbər"ə bildirilib.
Son zamanlar mediada və sosial şəbəkələrdə həkimlərin əməliyyat zamanı canlı yayım etməsi ilə bağlı hallar qeydə alınır. Bu hallar mövcud qanunvericiliyə əsasən araşdırılır.
Mərkəzdən verilən məlumata görə, belə halların qarşısını almaq məqsədilə bütün tibb müəssisələrinə müvafiq göstərişlər göndərilib. Həmin göstərişlərdə qeyd olunur ki, əməliyyat zamanı sosial şəbəkələrdə canlı yayımlar aparmaq yolverilməzdir və bu cür halların baş verdiyi təqdirdə həkimlər barəsində tədbirlər görüləcək.
Qaydaların pozulması hallarında xəbərdarlıqla yanaşı, inzibati cərimələrin də tətbiq olunması nəzərdə tutulur.
Ətraflı reportajda: