7–13 aprel tarixlərində geomaqnit fırtınası gözlənilir.
Bu barədə N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası xəbər verir.
Rəsədxananın məlumatına görə, qeyd olunan dövrdə C sinifli Günəş alışmalarının ehtimalı 95%, M sinfi (R1–R2) 40%, X sinfi (R3) isə 10% təşkil edir.
Həmçinin 2 MeV-dən yuxarı enerjili elektron axınının yüksək səviyyədə qalacağı, 10 MeV-dən yuxarı enerjili proton axınının isə S1 səviyyəsinə çata biləcəyi gözlənilir.
Bildirilir ki, hazırda Günəş küləyinin sürəti mənfi qütblü koronal dəlikdən gələn axınların təsiri ilə normadan yüksəkdir, lakin 7–9 aprel tarixlərində normaya qayıtması gözlənilir.
Qütb parıltılarının müşahidə olunma ehtimalı yüksək geomaqnit enliklərində 15–25%, orta enliklərdə isə 1–15% qiymətləndirilir.

