Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb.
Denmedia.az xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və yarada biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti 2027-ci il yanvarın 2-si saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejiminin müddəti 2026-cı il oktyabrın 1-dək müəyyən edilmişdi.

