25 
noy
2023
12:52
142

Qubada Regional Travmatoloji Mərkəz yaradılıb

25 noy, 2023
12:52
142

Qubada Regional Travmatoloji Mərkəz yaradılıb

Qubada Regional Travmatoloji Mərkəz yaradılıb.

TƏBİB-dən Den.az-a verilən xəbərə görə, Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində Regional Travmatoloji Mərkəz yaradılıb.

Mərkəz tərəfindən Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının əhalisinə ixtisaslaşdırılmış tibbi xidmət, həmçinin müvafiq profil üzrə mürəkkəb klinik hallar zamanı regionun tibb müəssisələrinə konsultativ-diaqnostik yardım göstərilir.

Mərkəzdə endoprotez əməliyyatları da həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar