dek
2023
20:25
212

"Ermənistan hakimiyyəti sülh müqaviləsi ilə bağlı bütün təlimatları Qərbdən alır" - ƏTRAFLI

1 dek, 2023
20:25
212

"Ermənistan hakimiyyəti sülh müqaviləsi ilə bağlı bütün təlimatları Qərbdən alır" - ƏTRAFLI

"Ermənistan hakimiyyəti həm sülh, həm də düşmənçilik siyasətini paralel şəkildə davam etdirir. Ermənistan parlamentinin sədri Alen Simonyan azərbaycanlılarla ermənilərin birgə yaşayışından, hətta azərbaycanlıların Ermənistana qayıdışının mümkünlüyündən danışıb. Bir tərəfdən xarici işlər naziri Ararat Mirzoyan ATƏT xarici işlər nazirlərinin konfransında Azərbaycana qarşı düşmənçilik, ksenofobiya, etnik təmizləmə, Azərbaycanın Ermənistana qarşı "təcavüz" siyasətindən danışıb, digər yandan isə Simonyan fərqli mövqe sərgiləyib".

Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Ermənistan rəsmiləri bir tərəfdən yüksək səviyyədə  sülhdən danışır, digər yandan isə beynəlxalq müstəvidə Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir: "Ermənistanın Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan ABŞ-a səfər edəcək. Vaşinqtonda keçirilən danışıqlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması və Rusiyanın orbitindən çıxması istiqamətində təlimatlar veriləcək. Ümumiyyətlə, Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün bütün təlimatları Qərbdən alır", - deyə politoloq fikirlərini tamamlayıb.

Günəş Fərəh,

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar