Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarə barədə yeni təfərrüat məlum olub.
“Den.az” xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.
Bildirilib ki, 25 dekabr Aktauda qəzaya uğrayan təyyarəni Çeçenistan hava məkanında istiqamətəndirən dispetçer “Terek” (indiki “Axmat”) klubunun keçmiş futbolçusu Əli İdrisov olub.
O, dünən axşam AZAL-ın qəzaya uğrayan təyyarəsinə görə, Qroznıda Rusiya İstinaq Komitəsinin müstəntiqləri tərəfindən dindirilib.
Dindirilmə zamanı Əli İdrisov bildirib ki, o, təyyarənin enişi zamanı pilotsuz uçuş aparatlarının hücumu və ya hava hücumundan müdafiə tədbirləri ilə bağlı məlumatlı olmayıb. “Kavyor” planı barədə isə faciə baş verəndən 5 dəqiqə sonra məlumat alıb.
AZTV-nin videosunu təqdim edirik:
Təyyarəmizə eniş izni verməyən Əli İdrisov dindirildi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.