Ermənistan Parlamenti ölkənin Aİ-yə qoşulmaq niyyətini bəyan edən qanunu qəbul edib.
Den.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Belə ki, Ermənistan Parlamenti ölkənin Avropa İttifaqına (Aİ) qoşulmaq niyyətini bəyan edən qanunu son oxunuşda qəbul edib.
Qeyd olunur ki, rəsmi Brüssel tərəfindən hələlik belə bir dəvət olmasa da, İrəvan Aİ-yə inteqrasiya yolunda ilk addımı atdığını bildirir.