“Əbu-Dabidə Azərbaycan və Ermənistan liderləri səviyyəsində keçirilən görüşün əsas məqsədi sülh müqaviləsi sənədinin ilin sonuna kimi imzalanmasına nail olmaqdır”.
Den.az xəbər verir ki, bunu “TACC”a adı açıqlanmayan mənbə bildirib.
“İlham Əliyevlə Nikol Paşinyan arasında görüşün əsas mövzusu sülh sazişi ətrafındakı ziddiyyətlərin aradan qaldırılmasıdır”, – məlumatda deyilir.
Qeyd edək ki, görüşdən öncə tərəflərin Zəngəzur dəhlisi məsələsini də müzakirə edəcəyinə dair məlumat yayılmışdı.