avq
2023
22:56
233

Prezident Qarabağ ermənilərinə müraciət etdi

1 avq, 2023
22:56
233

Prezident Qarabağ ermənilərinə müraciət etdi

"Ermənistan əhalisinə sözüm ondan ibarətdir ki, biz sizin dövlətinizlə sülh istəyirik". 

Den.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev "Euronews" telekanalının canlı efirində yayımlanan "Global Conversation" debat xarakterli proqramında bildirib.

O, eyni zamanda Ermənistan əhalisini hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını nəzərə almağa çağırıb:

"Ermənistanın rəhbərləri uzun illər öz xalqını inandırırdı ki, onların ordusu dünyanın ən güclüsüdür və əgər müharibə başlasa, onlar Bakıya qədər gələcəklər. Müharibə bu narrativi sındırdı. Biz yeni müharibə istəmirik. Nə bu gün, nə də gələcəkdə. Qarabağdakı ermənilərə gəlincə, onlar özlərinin lider adlandırdıqları şəxslərin arxasınca getməməlidir. Çünki onlar daim yalan danışıblar. Qarabağ erməniləri anlamalıdır ki, təhlükəsizlik zəmanəti, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqları təmin edilməklə Azərbaycan cəmiyyətinin bir parçası olsalar, onları artıq heç kim manipulyasiya edə bilməyəcək. Biz onlara normal yaşayış təklif edirik. Hesab edirəm ki, məni dinləsələr, bunu anlaya biləcəklər. Onlar bilir ki, mən bunu hədər yerə söyləmərəm".

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar