Denmedia.az xəbər verir ki, fevralın 18-də dövlət başçısı Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) icraçı direktoru Elliot Brandt və digər rəhbər heyəti ilə görüşüb.
Söhbət zamanı Amerika İsrail İctimai Əlaqələr Komitəsinin nümayəndə heyətinin Azərbaycana səfəri və dövlət başçısı ilə görüşləri məmnunluqla xatırlandı.
Azərbaycanda bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinin bir ailə kimi sülh və mehribanlıq şəraitində yaşadıqlarını, bunun dünya üçün nümunə olduğunu deyən Elliot Brandt ölkəmizdə yəhudi icmasına dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Dövlət başçısı Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin əsrlər boyu harmoniya şəraitində yaşadıqlarını vurğuladı, tolerant mühitin ölkə üçün tarixən həyat tərzi olduğunu dedi.
Görüşdə Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoq prosesinə qlobal səviyyədə verdiyi töhfələr yüksək qiymətləndirildi.
Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ əlaqələrinə toxunuldu, Donald Trampın hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyi vurğulandı.
Bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə uğurlu səfərinə və "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının əhəmiyyətinə toxunuldu. Bu Xartiyada ölkələrimiz arasında ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, süni intellekt və rəqəmsal transformasiya məsələlərinin də prioritet istiqamətlər kimi müəyyən edildiyi qeyd olundu.
Amerika İsrail İctimai Əlaqələr Komitəsinin Azərbaycan-ABŞ və Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin dərinləşdirilməsində rolu vurğulandı.
Görüşdə Azərbaycanla bu təşkilat arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb — FOTO
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

