taliyanın sabiq baş naziri, “Beş Ulduz Hərəkatı”nın lideri Cüzeppe Konte Avropa ölkələrinin Ukrayna münaqişəsinin nizamlanmasına kifayət qədər töhfə vermədiyini bildirib.
Il Messaggero qəzetinin yaydığı məlumata görə, Konte qeyd edib ki, Avropaya “istəklilər koalisiyası” deyil, “cəsurlar koalisiyası” lazımdır.
“Mən hələ də danışıqlarda dönüşün tərəfdarıyam. Avropa isə bunu istəmir. “İstəklilər koalisiyası” əvəzinə bizə “cəsurlar koalisiyası” lazımdır”, – deyə siyasətçi vurğulayıb.
Konte partiyasının Ukraynaya hərbi yardım göstərilməsinə qarşı mövqeyini bir daha təsdiqləyib. Onun sözlərinə görə, Ukraynanın artıq kifayət qədər silah arsenalı var və göndərilən silahların son təyinatı ilə bağlı suallar yaranır.
Siyasətçi əlavə edib ki, seçkilərdə qalib gələcəyi təqdirdə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqə saxlayaraq danışıqlarda irəliləyiş əldə etməyə çalışacaq.

