“Azərbaycanın Qarabağda anti-terror əməliyyatını “etnik təmizləmə” kimi qiymətləndirməyə çalışan ermənipərəst mərkəzlər yenə iş başındadırlar”.
Bu fikirləri “Den.az”a açıqlamasında politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, yaxın tarixdə ən böyük etnik təmizləmə 1995-ci ildə Xorvatiyada həyata keçirilib: “Xoravtiya 250 minə yaxın serbin yaşadığı bölgəni yerlilərdən təmizləyib və Qərb dövlətləri buna etiraz etməyiblər. Bunun iki səbəbi var idi. Birincisi, keçmiş Yuqoslaviya 1990-cı illərdə dağıldıqdan sonra Serbiyadan fərqli olaraq Xorvatiya Qərblə yaxınlıq etmək istəyirdi. İkinci səbəb isə Xorvatiya serblərin Bosniyada olduğu kimi burada da separatçılığa başlayacağını proznozlaşdırır və buna yol vermək istəmirdi. Qərb mətbuatı Xorvatiya ordusunun əməliyyatını “ərazilər serb separatçılarından təmizləndi” başlığı ilə yayırdı. Xorvatiya rəhbərliyini anlamaq olardı, qonşusu Serbiya Ermənistan kimi serbləri silahlandırmağa və separatizmə başlamağa həvəsləndirirdi. Ona görə də Xorvatiya separatizmi beşiyində boğdu. Xorvatiyaya olarsa, bizə niyə olmaz? Biz də bölgəni separatçılardan təmizləyirik”, - deyə politoloq fikirlərini tamamlayıb.
Günəş Fərəh,
Den.az
“Xorvatiyaya olarsa, bizə niyə olmaz?” – Azərbaycanın antiterror əməliyyatlarına İLGİNC REAKSİYA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.