12 
noy
2023
00:21
283

"Azərbaycan görüşə getməsə, “sülh sazişində maraqlı olmayan tərəf” kimi təqdim ediləcək" - ŞOK DETALLAR

12 noy, 2023
00:21
283

"Azərbaycan görüşə getməsə, “sülh sazişində maraqlı olmayan tərəf” kimi təqdim ediləcək" - ŞOK DETALLAR

Paşinyan Paris sülh forumunda çıxışı zamanı Azərbaycanla sülh üçün məlum 3 prinsipi - ərazi bütövlüyü, sərhədin Almaatı bəyannaməsinə uyğun delimitasiyası və kommunikasiyanın yurisdikasiya çərçivəsində açılmasını yenidən təkrarlayıb. Və əlavə edib ki, indi ən vacib nüans Bakının Brüsseldə artıq razılaşdırılmış və Mişelin bəyanatlarında yer alan məsələləri bir daha təsdiq edib-etməyəcəyidir.

Mövzunu "Den.az"a şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Nikol bununla yenidən planlaşdırılan Brüssel görüşündən öncə Bakını dilemma qarşısında qoymağa çalışır: "Azərbaycan görüşə getməsə, “sülh sazişində maraqlı olmayan tərəf” kimi təqdim ediləcək. Görüşdə iştirak etsə, İrəvanın dediyi üç prinsipi yenidən təsdiq etməlidir. Hərçənd, rəsmi Bakı üçün Brüssel formatı müharibədən sonra Qərb cəbhəsində Minsk qrupunun “dirildilməsinə” qarşı alternativ xarakteri daşıyırdı və xüsusilə Qarabağa görə lazım idi. Qarabağ məsələsi tamamilə həll ediləndən sonra sərhədin necə delimitasiyası edilməsi və kommunikasiyanın hansı prinsiplə açılması məsələsində Qərb masası maraqlarımıza tam cavab vermir. Bundan sonra məsələlərin regional müstəvidə həlli prinsipi ön plandadır", - deyə politoloq fikirlərini tamamlayıb.

Günəş Fərəh,

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar