19 
dek
2023
16:05
154

İlham Əliyevin prezidentliyə namizədliyi - Təsdiqləndi

19 dek, 2023
16:05
154

İlham Əliyevin prezidentliyə namizədliyi - Təsdiqləndi

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasına Prezidentliyininə namizədliyi təsdiq edilib.

“Den.az” xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.

***

MSK, həmçinin YAP-ın növbədənkənar prezident seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alıb.

Bununla bağlı məsələni MSK katibi Arifə Muxtarova təqdim edib.

Qərarla aşağıdakı şəxslər partiyanın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayəndəsi təyin olunub: YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, YAP sədrinin müavini Əli Əhmədov.

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə isə Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev təyin edilib.

Qərar müzakirələrdən sonra səsverməyə çıxarılaraq, qəbul olunub.





Bizimlə əlaqə saxlayın

Çox oxunanlar