17 
fev
2024
14:13
156

Prezident Fikrət Məmmədovla bağlı təqdimat verdi

17 fev, 2024
14:13
156

Prezident Fikrət Məmmədovla bağlı təqdimat verdi

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq, Prezident İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib.

Bu barədə “Den.az”-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, parlamentdə təqdimata Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq, müvafiq qaydada baxılacaq.

Qeyd edək ki, növbədənkənar prezident seçkilərindən sonra sabiq ədliyyə naziri F.Məmmədov yeni hökumətdə yer almayıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar