"İşim çox olur, səhər 6-da yatıram. Səhər namazını qılıram, sonra yerimə uzanıb etdiklərimi analiz edirəm. Beynimdə şeir yazıram, mahnı bəstələyirəm, hərəkətlərimi düşünürəm. Hər gün gecə hesabat verirəm: nəyi düz, nəyi səhv etdim".
Den.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Səhər görüşləri" verilişində deyib. Proqrama makiyajsız qatılan ifaçı yuxu yata bilməməsindən şikayətlənib.
"Bəzi insanlar var ki, deyir, əcəb etmişəm. Bəzən deyirəm ki, nə yaxşı ondan qurtuldum. Küsmək gözəldir. Amma insan var ki, ondan qurtulursan, amma o səndən əl çəkmir. Amma əl çəkmir. Nə yaxşı belə insanlardan qurtulmuşam. Məni kim əldən vermək istəyər ki..." deyə, Seyidcahan əlavə edib.
Proqramda qonaq olan Əməkdar artist Çingiz Əhmədovun "Bizim nəvələrimiz də bir gündə dünyaya gəlib. Bəlkə gələcəkdə quda olduq" sözlərinə müğənni "Nəvəmin elçiləri çoxdur. Çox sevinərəm" cavabını verib.
"Məni kim əldən vermək istəyər ki..."

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.