Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana (Aynur Vaqifqızı) yeni bağ evi və idman avtomobili alıb.
Den.az OLAY-a istinadla xəbər verir ki, bu haqda sənətçinin keçmiş gəlini sosial şəbəkə hesabında məlumat verib.
Qısa qırmızı donda dəbdəbəli villasının həyətində kamera qarşısında keçən Canana aldığı həm maşınını həmdə bağ evini nümayiş edib.
Canana “Avtomobilin qiymətini deməyəcəyəm. Sirdir... Desəm nəzərə gələrəm. Həm bu avtomobili həmdə bu bağ evini yeni almışam. Allah nəzərlərdən qorusun. Görürsünüzdə Canana nə işlə məşğuldur. Maşın sürürəm, bağımda istirahət edirəm” sözlərini dilə gətirib.
Qeyd edək ki, M. İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. Onların üç övladı isə anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M. İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.
Mətanət İsgəndərlinin keçmiş gəlini özünə bağ evi və avtomobil aldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.