Müğənni Aysun İsmayılova anası Rəqsanə İsmayılovanın azadlığa buraxılması üçün Prezidentİlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Müğənninin müraciəti geniş müzakirələrə səbəb olub.
Ekspertlərin fikrincə, əgər şəxs cinayət əməlində iştirak edibsə, belə müraciətlərin hüquqi əsası olmur. Maraqlı dır ki, bu cür müraciətlər xüsusilə tanınmış şəxslər arasında müşahidə edilir.
Aysun İsmayılovanın müraciəti nə dərəcədə effektiv olacaq?
Denmedia.az xəbər verir ki, bunu Globalinfoya-a danışan vəkil Elçin Sadıqov deyib ki, bu müraciət Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş bir forma deyil və qanunla təzimlənmir:
“Lakin hər kəsin ölkə rəhbərinə müraciət etmək hüququ mövcuddur və bəzi hallarda belə müraciətlərin müsbət nəticələr verdiyi müşahidə olunub. Ona görə də Aysun İsmayılovanın Prezidentə müraciətinin müsbət nəticə verə biləcəyi düşünülür. Bu, Rəqsanə İsmayılovanın vəkillərinə onun barəsində şəxsi ev dustaqlığının tətbiq olunması üçün əsas yarada bilər”.
Qeyd edək ki, Rəqsanə xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur. Onun haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.