“Survivor” yarışması ilə tanınan Sahra Işık keçmiş həyat yoldaşı İdris Aybirdinin ona “Kızılcık Şerbeti” serialının aktrisası Seray Kaya ilə xəyanət etdiyini iddia etmişdi. İddialardan sonra diqqətlər Seray Kayaya yönəlib.
Aktrisa məsələ ilə bağlı susqunluğunu pozaraq indiyədək danışmamasının iddiaları qəbul etməsi anlamına gəlmədiyini bildirib.
Seray Kaya mövzunun həssas olduğunu, xüsusilə də ortada bir uşağın olması səbəbindən ehtiyatlı davrandığını qeyd edib.

“Belli ki, bir problem var, amma həmin problemin içində olan şəxs mən deyiləm”, — deyə aktrisa bildirib.
Ailə anlayışına böyük önəm verdiyini deyən Kaya, heç bir ailəyə, xüsusilə də bir uşağa zərər verəcək xarakterdə olmadığını vurğulayıb.
Seray Kaya Sahra Işıkı tanıyıb-tanımadığı barədə suala da cavab verib. O, Işıkla yalnız bir toyda tanış olduğunu deyib.
“O məni izlədiyi üçün qarşılıqlı izləməyə başlamışdıq. Ondan sonra isə onu həyatımda bir daha görməmişəm”, — deyə Kaya bildirib.

Aktrisa Sahra Işıkla eyni məclislərdə və masalarda oturmadıqlarını da vurğulayaraq, “Şişirtməyin, belə bir şey mümkündürmü?” sözləri ilə iddialara etiraz edib.

