YouTube proqramındakı açıqlamalarına görə barəsində “ədəbsizlik” ittihamı ilə istintaq başladılan məşhur fotoqraf Bennu Gerede məhkəmə qərarı ilə sərbəst buraxılıb.
Türkiyə mediasının məlumatına görə, polis tərəfindən saxlanılan Gerede ifadəsi alındıqdan sonra məhkəməyə göndərilib.
Məhkəmə onun barəsində xaricə çıxış qadağası və məhkəmə nəzarəti tədbiri tətbiq edib. İstintaq isə davam edir.
Bundan əlavə, araşdırmaya səbəb olan YouTube yayımına girişin məhdudlaşdırılması üçün müraciət edildiyi bildirilir.

