Qazax Rayon Psixiatriya Xəstəxanasında ölüm faktı qeydə alınıb.
Denmedia.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib.
Xəstəxanada Tovuz rayon sakini, 1995-ci il təvəllüdlü R.Qarayevin meyiti aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırmaya başlanılıb.

