Türkiyənin tanınmış müğənnisi və aparıcısı Seda Sayanın 4 fərqli brendlə illik reklam müqaviləsi imzaladığı iddia olunur.
Məlumata görə, məşhur sənətçi hər bir brendlə 50 milyon TL-lik razılaşma əldə edib. Bununla da Seda Sayanın reklam əməkdaşlıqlarından ümumilikdə 200 milyon TL gəlir götürəcəyi bildirilir.
İlk reklam çarxı artıq yayımlanıb. Müqavilə çərçivəsində kamera qarşısına keçən Seda Sayanın ilk kampaniyası “ÜçDörtBeş All Star” rəqəmsal təhsil platforması üçün hazırlanıb.

Bildirilib ki, sənətçinin əməkdaşlıq etdiyi digər üç brendin reklam çarxları da yaxın günlərdə yayımlanacaq.
Son dövrlərdə YouTube-da yayımlanan “Bacıların Bacısı” proqramı ilə diqqət çəkən Seda Sayanın fəaliyyətində rəqəmsal platformalara daha çox üstünlük verdiyi qeyd olunur. Onun yeni rəqəmsal layihə üzərində işlədiyi, bu səbəbdən bəzi televiziya layihələrini isə hələlik gözləməyə aldığı iddia edilir.

