Dünyaca məşhur supermodel Sindi Kroufordun (Cindy Crawford) oğlu, model Presli Gerber (Presley Gerber) 27 yaşında vəfat edib.
Denmedia.az CNN telekanalına istinadən xəbər verir ki , Los-Anceles dairəsinin məhkəmə-tibbi ekspertiza idarəsi Gerberin sentyabrın 20-də reabilitasiya mərkəzində həyatını itirdiyini bildirib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Kroufordun nümayəndəsi xəbəri təsdiqləyərək ailənin bu çətin və ağrılı dövrdə şəxsi həyatına hörmət göstərilməsini xahiş edib.

1999-cu ildə Kaliforniyada anadan olan Presli Gerber 16 yaşında modellik karyerasına başlayıb. O, Moschino, Burberry, Dolce & Gabbana, Calvin Klein və Ralph Lauren kimi məşhur brendlərlə əməkdaşlıq edib.

Model son illərdə psixi sağlamlıq problemləri və narkotik maddə asılılığı ilə mübarizəsi barədə açıq danışır, bu mövzuda maarifləndirmə təşəbbüslərində iştirak edirdi.
Gerberin bacısı Kaya Gerber (Kaia Gerber) də tanınmış model və aktrisadır.

