“Now Tv”nin haqqında çox danışılan “Şakir Paşa Ailesi: Mucize ve Skandallar” serialının yayım qadağası götürülüb.
“Den.az” xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
Belə ki, serialın yayımçısı “Medyapım”la ailə arasında keçirilən təmaslar nəticəsində tərəflər razılığa gəlib.
Bununla da ailə üzvləri məhkəməyə müraciət edərək şikayət iddiasını geri götürdüklərini bildiriblər.
“NOW TV”nin serianlın treylerlərini yenidən paylaşacağı və yaxın günlərdə yeni bölümlərinin yayımlayacağı gözlənilir.
Xatırladaq ki, ilk olaraq Türkiyə Milli Radio və Televiziya Şurası sözügedən ekran işinin yayımını 3 həftəlik dayandıraraq cəzalandırmışdı. Bunun ardınca ailə adından verilən açıqlamada serialın ssenarisinin həqiqətə zidd olduğu və reputasiyaya hücum olduğu bildirilmişdi.
Məhkəmə ailənin reputasiyasını qorumaq üçün serialın yayımının dayandırılması və yeni çəkilişlərin qarşısının alınması barədə qərar çıxardıqdan sonra ekran işinin bütün bölümləri yutub platformasından silinmişdi.
Qalmaqallı serialla bağlı yeni qərar - Qadağa götürüldü

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.