Bir qrup şəxs əvvəlcə sürücünü avtobusdan aşağı düşürür. Daha sonra ona hücum edir.
Den.az xəbər verir ki, görüntülər Abşeron rayonun Xırdalan şəhərindəndir.
Bildirilib ki, hadisədən əvvəl naməlum şəxslər sürücü Aqil Həmidovla yol üstündə mübahisə edib. Daha sonra onlar avtobus sürücüsünü təqib ediblər və bir qrup şəxslə birgə onun yerini öyrənərək hücum ediblər. Baş vermiş hadisə anbaan olaraq ərazidəki kameralara düşüb.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov Denaztv-yə bildirib ki, fakta görə cinayət işi başlanılıb.
“Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı Rövşən Məmmədli saxlanılaraq istintaqa təhvil verilib. Digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir”.)
Qeyd edək ki, martın 12-si saat 21:30 radələrində bir qrup şəxs Bakı Mühəndislik Universitetinin qarşısında 135 saylı marşrut xətti üzrə avtobus sürücüsünü təkləyərək döyüblər. Ağır xəsarətlər alan sürücü Aqil Həmidov polisə müraciət edib. O, Abşeron Rayon Polis İdarəsi tərəfindən ekspertizaya göndərilib.
Xırdalanda avtobus sürücüsünü amansızcasına niyə döydülər? TƏFƏRRÜAT-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.