8 ildir bina tikilərək sakinlərə təhvil verilib, ancaq bugünədək lift quraşdırılmayıb.
"Den.az" xəbər verir ki, söhbət Xırdalan şəhər AAAF Park yaşayış kompleksindəki binalardan birindən gedir.
Sakinlər Xəzər Xəbərə bildiriblər ki, binanın tikintisinə 2011-ci ildən başlanılıb və 2016-cı ildə bina təhvil verilib. Ancaq lift olmadığından 7 mərtəbəli binaya çıxıb-düşmək müşkülə çevrilib.
Sakinlərin sözlərinə görə, binada şaxtalar qoyulub, lakin liftin quraşdırılması həyata keçirilməyib, İndi lift üçün nəzərdə tutulan şaxtalar zibilliyə çevrildiyindən ətrafa pis qoxu yayılır və antisanitar vəziyyətyaranır.
Problemlə bağlı suallarımıza cavab tapmaq üçün AAAF Park yaşayış kompleksinin ofisinə üz tutduq. Rəhbərlik yerində olmasa da, şifahi olaraq bildirildi ki, mövcud vəziyyətdən xəbərdardırlar və problemin həlli istiqamətində qısa müddətdə ciddi addımlar atılacaq.
AAAF Park 200 ailəni 8 ildir əziyyət çəkməyə məcbur edir - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.