may
2024
17:15
1 158

ABŞERONDA DƏHŞƏT: Küçə itləri qadını belə parçaladı-ANBAAN VİDEO

9 may, 2024
17:15
1 158

ABŞERONDA DƏHŞƏT: Küçə itləri qadını belə parçaladı-ANBAAN VİDEO

Abşeronda küçə itləri qadına hücum çəkərək ona ağır xəsarətlər yetirib.

Den.az” xəbər verir ki, hadisə Xırdalan şəhər AAAF park yaşayış kompleksində baş verib. 
 
Sürü halında gəzən küçə itləri səhər saatlarında Aytəkin Akça adlı qadına hücum çəkərək onu ağır yaralayıb. Bu hadisə hətta kompleksin təhlükəsizlik kamerasına da düşüb. 
 
Ayağından ət qopan qadının vəziyyəti qənaətbəxşdir. Zərərçəkmiş, itlərin onun ayağından ət qopardığını bildirir. Onun sözlərinə görə, yaxınlıqda olan insanlar olmasaydı daha arzuolunmaz hadisə baş verə bilərdi: “AAAF-IN İÇİ İLƏ GEDƏNDƏ ARXADAN CUMDULAR. ALTI YEDDİ DƏNƏ İT İDİ. AYAĞIMI DİŞLƏYİB ƏTİ QOPARDILAR. AYAĞIM İŞLƏMİR. 40 FAİZ HƏKİM DEDİ İŞLƏYİR. 12 TİKİŞ VURUBLAR AYAĞIMA. ÇOXDU İTLƏR BURADA. ELƏ BİL ƏTLƏRLƏ YAŞAYIRIQ.SƏHƏRƏ QƏDƏR YATMIRAM. HEÇ AĞRI KƏSİCİLƏRDƏ TƏSİR ETMİR. AĞRIDAN YATMIRAM. TƏZYİQ DƏ QALXIB. AYAĞIMDA HAZIRDA ƏT YOXDU, QOPARIB İT. BOŞ QALIB YERİ. DƏRİSİ QALIB”.
 
Mövcud vəziyyətdən sakinlərdə narazıdır. Bildirilir ki, sürü halında gəzən quduzlaşmış küçə itləri artıq yırtıcıya çevrilib və onların həyatı üçün təhlükədir.
 
Abşeron rayon İcra Hakimiyyətindən isə “Den.az”-a bildirildi ki, mütəxəssilərin də rəyi nəzərə alınaraq sahibsiz heyvanlara qayğı mərkəzinin layihəsi hazırlanıb. Layihədə sahibsiz itlərin müalicəsi, müayinəsi, peyvəndlənməsi, insanlar tərəfindən himayəyə götürülməsi, onlar üçün xüsusi otaqların və gəzintiləri üçün böyük yaşıllıq sahənin salınması nəzərdə tutulub”. Həmin layihənin tikintisi üçün maliyyə vəsaiti ayrılıb. Xidməti personal belə təyin edilib. Hazırda isə həmin sığınacaq üçün nəzərdə tutulan torpaq sahəsinin sənədləşdiriliməsi işləri aparılır. Artıq son mərhələdədir. Bu mərhələ bitdikdən sonra sığınacağın tikintisinə başlanılacaq.

 
Nizami Rəsulov
Den.az
   

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar