Xəzər dənizinin Qazaxıstan sahillərində suyun qırmızı rəngə boyanması yerli sakinlərin diqqətini çəkib.
"Den.az" “Qafqazinfo”ya istinadla xəbər verir ki, məsələ ilə bağlı ölkənin Mangistau əyalətinin ekologiya departamentinin mütəxəssisləri suda kimyəvi maddələrin və neft məhsullarının mövcudluğunu yoxlayıblar.
Analizin nəticələrinə əsasən suyu çirkləndirən maddələr aşkar edilməyib.
Mangistau əyalətinin ekologiya departamenti şöbəsinin sədri Kaysar Nadirbekin sözlərinə görə, suya qırmızı və tünd qəhvəyi rəng verən yosunlardır:
“Qar yağdığından bu hadisə daha aydın görünüb. Yosunlar dayaz sularda, xüsusən də bizim sahilboyu ərazilərdə bitir. Onların toplandığı yerlərdə isə su rəngini dəyişir. Bu təbii hadisə barədə məlumatlı olsaq da, suyun vəziyyətini yoxlamalıyıq”.
Xəzərin suyu niyə qırmızı rəngə boyanıb?

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.