Abşerona yağan qarın rayon təsərrüfatına təsirini minimuma endirmək məqsədilə kommunal xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir.
Bu barədə Den.az-a Məmmədli kənd bələdiyyəsinin sədri Ceyhun Ələsgərov məlumat verilib.
Onun sözlərinə görə, Abşeron RİH-nin başçısı Abdin Fərzəliyevin tapşırıqlarına uyğun olaraq , Məmmədli kəndinin əsas küçə və prospektlərində xüsusi texnikalar, eləcədə işçi qüvvəsi səfərbər olunaraq qarın təmizlənməsi, yolların buzlanmasının qarşısının alınması işləri aparılır.
Bu proses gecə və gündüz həyata keçirilir. Hazırda Məmmədli kəndinin küçələri qardan təmizlənib və avtomobillərin hərəkəti üçün heç bir problem yoxdur.
Xüsusilə vurğulayaq ki, Abşeron rayon icra hakimiyyəti sakinləri ehtiyatlı olmağa, şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə və kommunal xidmətlərin işinə dəstək olmağa çağırır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.
Nizami Rəsulov
Den.az
Abşeronun bu kəndinin yollarına xüsusi texnikalar cəlb edilib-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.