29 
may
2023
00:34
227

Sumqayıtda kikboksinq çempionatında hakimlə münsif arasında gərgin anlar yaşanıb

29 may, 2023
00:34
227

Sumqayıtda kikboksinq çempionatında hakimlə münsif arasında gərgin anlar yaşanıb - FOTO



Sumqayıtda Olimpiya kompleksində kikboksinq çempionatı təşkil edilib.
Den.az xəbər verir ki, 160 idmançının iştirakı ilə keçirilən kikboksinq çempionatında münsifin qərarı, hakimi özündən çıxarıb. İdmançılardan birinə münsif tərəfindən yalnış qərar qəbul edildiyinə etiraz edilib. Hakim bütün olanlara görə, münsif kürsüsündə əyləşən şəxsi təhqir edib. Vəziyyətin getdikcə gərginləşdiyini görən təşkilatçı, Məhəmmədli idman klubunun baş məşqçisi , dünya çempionu Bəhruz Çıraqov tərəfləri sakitləşməyə çağırıb. Hakim etiraz olaraq yarışı tərk edib.

Qeyd edək ki, Sumqayıt Olimpiya kompleksində Bakı və regionlardan hər çəki dərəcəsində idmançı iştirak edib. Qalib olan idmançılara medal, diplom və kubok təqdim olunub
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar