Hamiləliyin gec mərhələsində qadın döldə ciddi qüsurlar olduğunu öyrəndiyi üçün abort etmək qərarına gəlib. Lakin həkimlərin müqaviməti ilə qarşılaşıb.
Den.az-ın xarici mediaya istinadla xəbərinə görə, polşada böyük qalmaqal yaşanıb - bir qadın abort etmək istəyib, ancaq onu ruhi xəstəxanaya aparıblar.
Anita Lodz Tibb Universitetinin Mərkəzi Klinik Xəstəxanasının ginekologiya və hamiləlik patologiyası şöbəsinin xəstəsi olub. Həkimlər onu hamiləlik vəziyyəti ilə bağlı çaşdırıblar. Yalnız sonrakı mərhələdə qadın dölün ciddi qüsurlarını öyrənib. Anita və əri Matsej övladlarını əzab, ağrı və süni tənəffüs aparatlarında dolu bir həyat gözlədiyini öyrəniblər.
Onlar "bu vəziyyətin qurbanına çevriləcək" üç yaşlı oğlanları Kşişa üçün narahat olublar.
Bu səbəbdən qadın abort etdirməyə qərar verib. Lakin həkimlər qadını iradəsinə zidd olaraq ruhi xəstəxananın təcrid palatasına salıblar. Ertəsi gün o, öz istəyi ilə müəssisəni tərk edə bilməyəcəyini öyrənib və ona görə də diaqnostik müşahidə şöbəsində qalmalı olub.
Anitanı xəstəxanaya yerləşdirmək qərarı “xəstənin psixi vəziyyətinin pisləşməsi” ilə əsaslandırılıb. Qadın üç gün təcrid olunmuş vəziyyətdə qalıb.
İki gün sonra diaqnostik müayinə şöbəsində həkimlər və psixoloqlar Anitanın işində "hamiləliyin dayandırılması üçün əsasların olduğu" qənaətinə gəliblər.
Polşa ginekoloqlar və mamalar cəmiyyətinin prezidenti ona qeysəriyyə əməliyyatı ilə hamiləliyini dayandırmağı, sonra valideyn hüquqlarından məhrum etməyi və yeni doğulmuş uşağı qayğı və müayinə üçün "ixtisaslı dövlət orqanlarına" təhvil verməyi təklif edib. O imtina edib.
Psixiatr hamiləliyin dayandırılması üçün əsasların olduğu qənaətinə gəlsə də, qadın müqavimətlə qarşılaşmağa davam edib. O, başqa bir şəhərdə - Oleşnitsada abort etdirməyə məcbur olub.
Polşa Səhiyyə Nazirliyi Anitanın xəstə olduğu Lodz xəstəxanası ilə bağlı araşdırma aparılmasına göstəriş verdiyini bildirib.
Qadın abort etmək istədi: “Dəlixana”ya aparıldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.