Abşeron rayonunun Saray qəsəbəsində yeni inzibati binanın tikintisinə başlanılıb.
Bu barədə Den.az-a qəsəbə sakinləri məlumat verib.
Artıq binanın bünövrəsi atılıb. Tikiləcək inzibati bina üç iş otağı, bir qəbul otağı, bir mətbəx və iki sanitar qovşaqdan ibarət olacaq.
Qəsəbədə tikinti layihələri ilə bağlı bu cür inkişaflar, şəhid Vidadi Zalovun atası Nizami Zalovun bələdiyyə sədri seçilməsindən sonra daha da sürətlənib. Nizami Zalovun rəhbərliyi altında Saray qəsəbəsində sosial və iqtisadi inkişaf dinamikası hökm sürür. Bu layihələr qəsəbə sakinləri tərəfindən böyük sevinclə qarşılanır və onların rifahının artırılmasına xidmət edir.
Sakinlər, bu cür inkişafların onların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracağını ümid edirlər. Yeni inzibati bina, qəsəbənin idarəetmə proseslərini daha effektiv və səmərəli bir şəkildə həyata keçirmək üçün vacib bir resurs olacaq.
Nizami Rəsulov
Den.az