Əsasını Ulu öndərimiz Heydər Əliyevin qoyduğu sosial-iqtisadi inkişafı hədəfləyən siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əldə olunan uğurlarda isə abşeronluların da xüsusi payı mövcuddur. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün Abşeron rayonu özünün uğurlu sosial-iqtisadi inkişaf mərhələsini yaşayır.
Paytaxt Bakının bir neçə kilometrliyində yerləşən, qədimliklə müasirliyin vəhdəti halına gələn Abşeron rayonunun ən inkişaf edən qəsəbələrindən biri də Mehdiabaddır desək, yəqin ki, yanılmarıq. Bu qəsəbədə Abşeron rayon İcra hakimiyyəıti rəhbərliyinin tövsiyə və tapşırıqları xüsusi fəallıqla yerinə yetirilir. Qəsəbədaxili yollar asvaltlanır, dekorativ ağac və kül kolları əkilir, yaşıllıqlar, parklar salınır, piyada səkiləri rənglənir, ağaclar budanır və dibləri yumşaldılır, məişət tullantılarının təmizlənməsi üçün xüsusi avadanlıqlardan istifadə olnur. Bir sözlə, qəsəbə sakinlərinin rahat yaşaması üçün hər bir infrastruktur yaradılır.
Qeyd etmək lazımdır ki, Mehdiabad qəsəbəsində sakinlərin təhlükəsizliyi üçün müxtəlif küçələrdə kameralar quraşdırılıb, elektrik dirəkləri yenilənib və küçələr müasir standartlara uyğun işıqlandırılıb. Eləcə də, sosial işçilərin iştirakı ilə qəsəbə küçələrinin təmizlənməsi, səliqə-səhmanın yaradılması üçün iməclik aksiyaları keçirilib. Bütün bunlar qəsəbədə görülən işlərin yalnız kiçik bir hissəsidir. Belə ki, qəsəbənin fasizləsiz olaraq elektrik enerjisi ilə təmin edilməsi üçün işıq xəttləri yenilənib, müasir transformatorlar quraşdırılıb. Suya olan tələbatın təmin olunması üçünsə, korroziyaya uğrayan dəmir borular yenisi ilə əvəzlənib. Bundan başqa, yeni tikilən fərdi evlərin qazlaşdırılması istiqamətində də qəsəbə icra nümayəndəliyi və bələdiyyəsi tərəfindən bütün lazımı addımlar atılıb, müvafiq qurumlarla birgə səmərəli iş qurulub.
Hər zaman şəhid ailələrinə və qazilərə xüsusi diqqətlə yanaşılan bu qəsəbədə şəhid məzarlıqlarının abadlaşdırılması, yeni bayraqların asılması, "şəhidlər kompleksi"ndə təmir işlərinin görülməsi üçün mütəmadi iş həyata keçirilib. Bir sözlə, Mehdiabad qəsəbəsində həyat öz axarı ilə davam edir və qəsəbə hər ötən gün özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Bütün görülən işlər isə yalnız və yalnız sakinlərin rahatlığına, məişət qayğılarının azaldılmasına və rifahına xidmət edir.
Qədimliklə müasirliyin birləşdiyi Mehdiabaddan geniş VİDEOREPORTAJ
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.