Abşeron rayonunda infrastrukturun yenilənməsi və vətəndaşların rahatlığı istiqamətində işlər sürətlə davam edir.
DenMedia.az xəbər verir ki, sonuncu belə nümunə Saray qəsəbə 4 nömrəli tam orta məktəbin qarşısından keçən küçənin abadlaşdırılması olub.
Uzun müddət baxımsız qalan və hərəkət üçün çətinlik yaradan küçə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq yenidən qurulub.
Masazır bələdiyyəsi tərəfindən qısa müddətdə həyata keçirilən abadlıq işləri nəticəsində küçə gün ərzində tamamilə səliqəyə salınıb, yol örtüyü bərpa olunub və piyadalarla nəqliyyatın hərəkəti üçün rahat şərait yaradılıb.
Yeni abadlaşdırılan küçə, xüsusilə məktəbə gedib-gələn şagirdlər və valideynlər üçün böyük rahatlıq gətirir.