Qubanın Meydan istirahət parkı əsaslı şəkildə təmir edilir.
Denmedia.az xəbər verir ki, Parkın işıqlandırılma sistemi oturacaqları , həmçinin gəzinti sahəsi yenilənir.
Yerli sakinlərdə parkın əsaslı təmirindən məmnun olduqlarını bildirirlər.
Parkda uşaqlar üçün də yeni əyləncəli atraksionlar quraşdırılıb. Quba Rayon İcra Hakimiyyəti başçısının şəhər nümayəndəliyi üzrə məsləhətçisi İsmayıl İsmayılov da qeyd etdiki, parkın girişində olan arka qəzalı vəziyyətə düşdüyündən layihələndirmə işləri aparılaraq yenisi ilə əvəz olunub ,həmçinin layihə çərçivəsində yaşıllıq zolaqının genişləndirilməsi və işıq sisteminin yenisi ilə quraşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, təmir işlərinin yaxın günlərdə yekunlaşacağı gözlənilir.

