Azərbaycan Ədliyyə Nazirliyi məhkumlarla görüş üçün onlayn qeydiyyat xidmətini istifadəyə verib. Nazirliyin məlumatına görə, yeni sistem vasitəsilə istifadəçilər görüş üçün müraciəti məsafədən edə, görüşün formatını, tarixini və vaxtını seçə, həmçinin bağlama və sovqatlarla bağlı məlumatları əvvəlcədən qeyd edə bilirlər. Bundan əlavə, platforma müraciətin statusunu real vaxt rejimində izləməyə imkan verir. Qeyd olunur ki, layihənin əsas məqsədi görüşlərin qeydiyyatı prosesinin rəqəmsallaşdırılmasıdır. Xidmət Ədliyyə Nazirliyinin rəsmi saytında “Elektron xidmətlər” bölməsində mövcuddur. Müraciət üçün istifadəçi myGov ID sistemi ilə identifikasiya keçməli və ya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil etməlidir. Daha sonra görüşün keçiriləcəyi müəssisə, tarix, iştirakçılar və digər məlumatlar göstərilməklə onlayn forma doldurulur. Müraciət aidiyyəti penitensiar müəssisəyə göndərilir və yoxlanıldıqdan sonra təsdiqlənərsə, istifadəçiyə SMS bildiriş göndərilir. Bildirilir ki, görüşlər yalnız təyin olunmuş tarix və saatda həyata keçirilir. Hazırda xidmət 4 saylı cəzaçəkmə müəssisəsində pilot rejimdə tətbiq olunur və gələcəkdə bütün penitensiar müəssisələrdə mərhələli şəkildə tətbiqi planlaşdırılır.
Məhkumlarla görüş üçün onlayn sistem istifadəyə verildi
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

